Citotest - müxtəlif qidaların fərdi immun reaksiyalarına əsaslanan fərdiləşdirilmiş pəhriz planları yaratmaq, bununla da ümumi sağlamlığı yaxşılaşdırmaq, qida həssaslığı və dözümsüzlüklərlə bağlı spesifik simptomları idarə etmək məqsədi daşıyır.
Bəzən, heç bir xəstəliyimiz olmasa da, müalicə ilə aradan qalxmayan, təkrarlanan və xroniki şikayətlərdən əziyyət çəkirik. Qida dözümsüzlüyü ilə əlaqəli simptomlar bunlardır: asteniya, baş ağrısı, ürək bulanması, meteorizm, ishal, ödəm, yeməkdən sonra qarın ağrısı, təkrarlanan infeksiyalar, oynaq ağrısı, ürtiker, dishidroz, ekzema, dermatit, bədəndə maye toplanması, həddindən artıq arıqlıq və ya artıq çəki, xroniki yorğunluq və yuxusuzluq.
Citotest möcüzəvi təsirə malikdir və Azərbaycanda sadəcə Citomed klinikasında həyata keçirilir.
Bu test fərdin immun hüceyrələrinin xüsusi qidalara necə reaksiya verdiyinə əsaslanaraq fərdiləşdirilmiş pəhriz tövsiyələri vermək məqsədi daşıyır. Həkim konsultasiyasında test nəticəsinə görə hazırlanan fərdi qida planı ilə həm şikayətlərinizdən qurtulacaq, həm də sağlam və gümrah bir ömür sürəcəksiniz.